Nyu-Yorkda təyyarə qəzası - Bir nəfər öldü

Dünya
13-04-2025 - 13:38
ABŞ-nin Nyu-York ştatında 6 nəfərin olduğu kiçik təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Ajans.az xəbər verir ki, Federal Aviasiya Administrasiyası (FAA) Nyu-Yorkun Kolumbiya dairəsi hava limanına gedən şəxsi təyyarənin ştatın Kopake ərazisi yaxınlığında qəzaya uğradığını açıqlayıb.
Səlahiyyətlilər, ilkin məlumatlara görə, kiçik təyyarədəki 6 nəfərdən birinin öldüyünü açıqlayıb.
Təyyarənin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib.