Dominikanda ölənlərin sayı 226-ya çatdı

Dünya
13-04-2025 - 11:01
Dominikan Respublikasında əyləncə məkanının damının uçması nəticəsində ölənlərin sayı 226-ya çatıb.
Ajans.az bildirir ki, səlahiyyətlilər əyləncə məkanında ölənlərin sayının 226-ya, yaralıların sayının isə 189-a yüksəldiyini bildirib.
Fövqəladə Hallar Mərkəzi (TƏM) tərəfindən edilən açıqlamada, axtarış-xilasetmə işlərinin davam etdiyi və ailələrə psixoloji dəstək vermək üçün 4580 nəfərin təyin edildiyi bildirilib.