Şəhidimizin ailəsində FACİƏ - Ana və bacısı öldü
Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
İsmayıl Nəsrulla oğlu İrapov 2002-ci il fevralın 23-də Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub.
O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Hərbçimiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İsmayıl İrapov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Əliabad qəsəbəsində torpağa tapşırılıb.