Seçkilərin qalibi Tramp olacaq? - Politoloq
“ABŞ seçkilərinə hələ bir ay var və bu müddət ərzində çox şey dəyişə bilər, lakin hazırda ABŞ-ın keçmiş prezidenti Donald Trampın vitse-prezident Kamala Harrisdən bir qədər üstünlüyü var”.
Ajans.az xəbər verir ki, bu sözləri amerikalı politoloq Malek Dudakov deyib. O bildirib ki, hazırki tendensiya Trampın xeyrinədir:
“Bir neçə şey ona kömək edir. Birincisi, qasırğalar və ABŞ-dəki ümumi böhran vəziyyəti. Üstəlik, xarici siyasətdə çətin vəziyyət, Demokratlar Partiyasının elektoratını parçalayan, həmçinin ABŞ, Amerika hərbi bazaları və başqa hər şey üçün çoxlu problemlər yaradan Yaxın Şərqdə eskalasiya. Üçüncüsü, Trampın namizədi, vitse-prezident J.D.Vens üçün uğurlu debat var”.
Onun sözlərinə görə, bu üç amilin hamısı ona gətirib çıxarır ki, Tramp hazırda Arizona, Corciya, Şimali Karolina və Pensilvaniya kimi əsas ştatlarda cüzi üstünlüklərə malikdir. Politoloq əlavə edib ki, Viskonsin və Miçiqan ştatlarında namizədlər təxminən bərabərdir.