Sayt rəhbərinə hökm oxundu

Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ajans.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.
Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.