Saxta estetik cərrahlar Qənirə Ataşovanı hədələdi - DİN açıqlama yaydı

Saxta estetik cərrahlar Qənirə Ataşovanı
Qənirə Ataşova
Gündəm 20-11-2024 - 10:45
 56

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Ajans.az-a açıqlamasında bildirib ki, müraciətdən məlumatlıdırlar. O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.

PAYLAŞ: