“Şamaxı” “Səbail”i məğlub etdi

Gündəm
03-03-2025 - 19:16
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Ajans.az xəbər verir ki, turun açılış oyununda “Səbail” evdə “Şamaxı” ilə qarşılaşıb.
Oyun qonaqarın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında “Sumqayıt” lider “Qarabağ”ı qəbul edəcək.
“Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Kəpəz” – “Neftçi” matçı isə martın 5-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
25-ci tur
3 mart
“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
“ASCO Arena”, 17:00.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış oldu
Gündəm19:13 / 18-02-25