Sahil Babayev kollektivə təqdim edildi - FOTOLAR

Sahil Babayev kollektivə
Sahil Babayev
Cəmiyyət 07-02-2025 - 16:59

Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

Ajans.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.

Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.

Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - FOTOLAR

Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - FOTOLAR

Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim etdi - FOTOLAR

PAYLAŞ:
Почему на Урале дети стали массово терятся
Правительство РФ хочет найти всех неработающих
В России такого ужаса не было 140 лет: читать здесь
В мае этим знакам зодиака стоит попытать удачу и разбогатеть
Для дачников по всей России введены штрафы за это: список
В Татарстане жена жестоко избавилась от мужа при его друге.
В Петразаводске посетители парка обнаружили труп
У девушки в Тюмени из-за ибупрофена появились язвы: ужас
Как нужно провести первый день после Христова Воскресени
В России в Кремле заявили о перемирии в честь 9 мая: читать

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.