Sağlam qidalanma üçün mütləq bunları istehlak EDİN! - Həkimdən məsləhət

Sağlam qidalanma üçün mütləq bunları istehlak EDİN! -
Sağlamlıq 10-10-2024 - 21:32

Ekspertlər qarabaşaq yarmasını ən faydalı sıyıq hesab edirlər.

Ajans.az xəbər verir ki, Endokrinoloq Anna Qonçarovanın Find out.ru saytına verdiyi məlumata görə, həmçinin quru meyvələrlə bişmiş digər növ dənli bitkilər yüksək lif tərkibinə görə orqanizmə faydalı təsir göstərir.

Anna Qonçarova qarabaşaq yarmasının unikallığını tərkibində mikroelementlərin, liflərin və bitki mənşəli zülalların yüksək olması ilə izah edib. Bundan əlavə, qarabaşaq yarması antibakterial, antiviral və antifungal xüsusiyyətlərə malikdir. Endokrinoloq qarabaşaq bitən sahələrdə alaq otlarının demək olar ki, tamamilə olmamasına diqqət çəkib.

Həkim vurğulayıb ki, qarabaşaq yarması sıyığı hər bir insanın pəhrizinə daxil edilməlidir, istər adi dənli, istərsə də yaşıl, dietoloqlar və vegeterianlar tərəfindən üstünlük verilir.

PAYLAŞ: