Azərbaycanda gün ərzində ikinci ZƏLZƏLƏ

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Ajans.az Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir ki, Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ 3.2 bal gücündə olub. Dərinlik 3 kilometrdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün Şamaxı rayonunda da zəlzələ qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.