Bakıda itkin düşən azyaşlı oyun salonunda tapıldı

Bakıda itkin düşmüş 10 yaşlı uşaq tapılıb.
DİN-in Mətbuat Xidmətindən Ajans.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan azyaşlı polis əməkdaşları tərəfindən "Playstation" oyun salonunda tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edilir ki, onun itkin düşməsində kriminal tərkib yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.