Sabirabadda BƏDBƏXT HADİSƏ... Elektrik mişarı ilə...

Sabirabadda BƏDBƏXT HADİSƏ...
Gündəm 04-12-2024 - 23:41

Sabirabadda bədbəxt hadisə baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1956-cı il təvəllüdlü Vəliyev Rafiq Balabəy oğlu həyətdə elektrik mişarı ilə odun doğrayarkən ehtiyatsızlıqdan sol ayağını kəsib.

R.Vəliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: