Rusiyada yaşayanlara BƏD XƏBƏR: Bundan sonra...

Rusiyada yaşayanlara BƏD XƏBƏR:
Şagird
Gündəm 11-12-2024 - 15:50
 562

Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib ki, Dövlət Duması ikinci və üçüncü oxunuşda rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib.

Ajans.az xəbər verir ki, uşağın Rusiyada olmasının qanuniliyini yoxlamaq da məcburi olacaq. Uşağı məktəbə yazdırmazdan əvvəl onun Rusiya Federasiyasının ərazisində olmasının qanuniliyi, habelə rus dilini bilməsi mütləq yoxlanılacaq.

Səsvermədə 410 deputat iştirak edib. Qanunun qəbuluna 409 deputat səs verib. Volodin xatırladıb ki, ilin əvvəlindən deputatların təşəbbüsü ilə Duma qeyri-qanuni miqrasiya ilə mübarizəyə və miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 14 federal qanun qəbul edib.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Rusiya hakimiyyəti miqrasiya siyasəti məsələlərində ilk növbədə öz vətəndaşlarının maraqlarına diqqət yetirməlidir. Onun sözlərinə görə, qanunvericilik ölkəni qoruyur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: