Rusiya təyyarəsi vuruldu - ANBAAN VİDEO
Sudanda rusların olduğu təyyarə vurulub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Afrika ölkəsindəki səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, səfirlik Sudan hakimiyyəti ilə əlaqə saxlayır və bu hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün bütün lazımi tədbirləri görür. "Vəziyyət qəza bölgəsinin Darfurda yerləşməsi ilə mürəkkəbləşib ", - hesabatda deyilir.
Düşmə anı və təyyarə qəzasından sonrakı ilk kadrlar videoya çəkilib.Təyyarə qəzasının videosunu və təyyarə qəzasının nəticələrini əks etdirən kadrları Mash telegram kanalı yayıb.
Başlanğıcda sürətlə yerə yaxınlaşan səmada alovla örtülmüş bir obyekt tutulur. Daha sonra videonun müəllifi yanan dağıntıları göstərir.