Rusiya təyyarə qəzası ilə bağlı açıqlama yaydı: “Xalça planını işə salmışdıq..."
Təyyarənin qəzaya uğradığı saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çətin olub.
Ajans.az xəbər verir ki, bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov deyib. Orada təyyarələrin göstərilən ərazidən dərhal çıxarılmasını nəzərdə tutan “Xalça” planı qüvvədə idi. Bundan əlavə, o zaman sıx duman var idi, buna görə 500 metr yüksəklikdə görünmə qabiliyyəti yox idi.
Qeyd edək ki, Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarə Bakıdan Qroznıya gedərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə 16-sı Rusiya vətəndaşı olmaqla 67 nəfər olub. 38 nəfər həlak olub. Eyni zamanda hadisə yerində artıq iki qara qutu tapılıb.
Xatırladaq ki, aviasiya sahəsində "Xalça" planı qapalı hava rejimi kimi tanınır. Bu rejim havada olan bütün təyyarələrin (bəzi istisnalar olmaqla) dərhal enməsini və ya həmin rejimin təsir zonasından çıxmasını tələb edir.
Eyni zamanda istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb: