Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırıldı

Rusiya səfirliyinin nümayəndəsi
Gündəm 06-01-2025 - 19:36

Rusiya səfirliyinin nümayəndəsi Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ajans.az xəbər verir ki, buna səbəb rəsmi Moskvanın Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatları olub.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırıb. Rəsmi Kiyev Rusiyanın Qazprom şirkəti ilə 2024-ci ilin dekabrında başa çatan müqaviləni uzatmayıb. Ukrayna ərazisindən qaz tranziti dayandırılandan sonra Moldovanın Dnestranı regionunda enerji böhranı yaşanmaqdadır.

PAYLAŞ: