Rusiya prezidentə görə səfiri XİN-ə çağırdı

Gündəm
05-03-2025 - 19:54
Moldova səfiri Lilian Dariya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Moldova prezidentinin 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya səfiri Oleq Ozerovun etimadnaməsini hələ də qəbul etməməsinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğu ifadə olunub", - XİN-dən verilən məlumatda qeyd olunub.