Rusiya AZAL təyyarəsinin enməsinə icazə vermədiyi üçün bu konvensiyaları POZUB

Rusiya AZAL təyyarəsinin enməsinə icazə vermədiyi üçün bu konvensiyaları
AZAL
Gündəm 27-12-2024 - 09:51

Rusiya tərəfi AZAL-ın təyyarəsinin Mineralnıye Vodı, Vladiqafqaz, Qroznı və Mahaçqaladakı bütün hava limanlarında eniş etməsinə icazə verməyib.

Ajans.az xəbər verir ki, zədələnmiş təyyarənin Qroznı, Maxaçqala və Minvoda enməyinə icazə verməyən Rusiya sırf bu addımına görə aşağıdakı beynəlxalq konvensiyaları pozub:

- 1944-cü il Çikaqo Konvensiyası;
- 1958-ci il Cenevrə Konvensiyası;
- 1963-cü il Tokio Konvensiyası;
- 1970-ci il Haaqa Konvensiyası;
- 1971-ci il Monreal Konvensiyası;
- 1988-ci il Monreal Konvensiyası;
- 1996-cı il Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Saziş.

Rusiya hökuməti bu konvensiyaların hər birinə qoşulub və sazişləri rəsmi olaraq ratifikasiya edib.

PAYLAŞ: