Rusiya ABŞ-yə yeni səfir göndərəcək
Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.
Ajans.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.
Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.
Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səlahiyyət müddətinin baş çatması ilə əlaqədar geri çağırılıb.