Rəşad Dağlı həbsdə olsa da, ifası rekord qırdı - FOTO

Rəşad Dağlı həbsdə olsa da, ifası rekord qırdı -
Gündəm 26-10-2024 - 10:50
 816

"Sən o canana görə" musiqili meyxanası "YouTube"da 20 milyona yaxın baxış sayı ilə trenddədir.

Ajans.az-ın məlumatına görə, Azərbaycanın məşhur meyxana ifaçıları Rəşad Dağlı (Əmirov), Balaəli Maştağalı və Orxan Lökbatanlı tərəfindən ifa olunan "Sən o canana görə" musiqili meyxanası "YouTube"da böyük populyarlıq qazanaraq 20 milyona yaxın (19 milyon) baxış sayı toplayıb.

Bu ifa, xüsusilə meyxana sevərlər tərəfindən maraqla qarşılanaraq sosial mediada da geniş müzakirə olunub. 

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: