“Real”ın prezidenti olmaq istəyirəm” - Nadal

İdman
12-10-2024 - 09:02
İspaniyalı tennisçi Rafael Nadal arzusunu dilə gətirib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, o, peşəkar karyerasını bitirdikdən sonra “Real” klubunun prezidenti olmaq istədiyini açıqlayıb.
“Bu gün düşündüklərimi sabah düşünməyə də bilərdim. Həyatda çoxlu dönüşlər var. Bəli, mən “Real Madrid”in prezidenti olmaq istərdim. Ancaq hazırda ən yaxşı prezident bizim komandamızdadır. Mən olduqca realistəm, məhdudiyyətlərimi bilirəm”, - deyə Nadal qeyd edib.
Xatırladaq ki, Rafael Nadal bu vaxta qədər 92 titul qazanıb. O, 209 həftə dünya reytinqinə başçılıq edib.
38 yaşlı peşəkar tennisçi noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək “Devis Kuboku”nun finalından sonra karyerasını bitirəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Ançelotti "Arsenal" məğlubiyyətindən sonra "Real Madrid"in geri qayıtma şan... AÇIQLADI
İdman13:14 / 09-04-25