Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə öldü

Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə
ölüm
Hadisə 07-02-2025 - 10:34

Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.

Nəticədə o, ağır xəsarət alıb.

M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: