Ramiz Tahirovun oğlu yüksək vəzifəyə təyin edildi - FOTO

Ramiz Tahirovun oğlu yüksək vəzifəyə
vəzifə
Gündəm 26-02-2025 - 12:41

Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Razılaşmaya əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin Mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkəmizin Mərkəzdəki nümayəndəsi üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli təyin edilib.

K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini - Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.

Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

PAYLAŞ: