Qurbanlarını yeyən manyak haqda şok faktlar üzə çıxdı
Kamışində manyak qurbanı olan Spesivtsevin qızı məhkəməyə pul təzminatı tələbi ilə müraciət edib.
Ajans.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, manyakla görüşdən sağ çıxa bilməyən qadınlardan birinin qızı ona daha ağır cəza verilməsi üçün məhkəməyə müraciət edib. Onun fikrincə, Spesivtsev özünü dəli kimi göstərir. O, anasız uşaqlığı üçün pul təzminatı da tələb edir. Anası öləndə Tanya cəmi bir yaşında olub.
Spesivtsev xüsusi tipli ruhi xəstəxanadadır. Məhkəmə müəyyən edib ki, o, 1996-cı ilin martından sentyabr ayına kimi 11-i azyaşlı olmaqla 15 qurbana qarşı xüsusi amansızlıqla qətliamlar törədib. Manyak onları məsxərəyə qoyub, öz mənzilində saxlayaraq onlara ağır əzab verib. Qurbanlar işgəncədən sağ çıxa bilməyib.
Manyakın aldatdığı bir oğlan qaçmağı bacarıb.
Onun cinayətləri 1997-ci ildə kanalizasiyada yaranan tıxanma səbəbindən təsadüfən üzə çıxıb. Tıxanmadan sonra isə polislər mənzilin giriş qapısını açıblar. Orada işgəncəyə məruz qalmış qız və meyit parçaları tapılıb. Məlum olub ki, Spesivtsev və anası illərdir uşaqları və yeniyetmələri şirnikləndirir, sonra onlara işgəncə verirmiş. Bəzi məlumatlara görə, onun hesabında 82-yə qədər qurban ola bilər - bunu axtarışlar zamanı tapılan paltarlar sübut edir. Lakin 1997-ci ildə o, cəmi on il müddətinə azadlıqdan məhrum edilib. Bir il sonra Spesivtsevin yeni məhkəməsi başlayıb, lakin koloniya əvəzinə o, ruhi xəstəxanaya göndərilib.