Qurban Qurbanov ən yaxşı futbolçunun adını AÇIQLADI

Gündəm
22-12-2024 - 18:34
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.
Ajans.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, bu gün “Araz Naxçıvan”la Misli Premyer Liqasının 18-ci turunun oyunundan (2:0) sonra fikirlərini bildirib.
Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə bu haqda sual ünvanlanıb. Q.Qurbanov bu zaman öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:
“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.
Mövzular:
Oxşar xəbərlər
Azər Aydəmir: “Qanlı qəzalar ya MƏMUR BALALARININ avtomobili ilə olub, ya da ….”
Gündəm22:02 / 29-04-25
Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR
Gündəm21:16 / 29-04-25