Qonşu ölkədə zəlzələ OLDU

Qonşu ölkədə zəlzələ
Dünya 02-04-2025 - 12:36

Xabarovsk diyarında 4,1 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə “112” Telegram kanalına məlumat verilib.

Rusiya nəşrinin məlumatına görə, yeraltı təkanların episentri Vanino kəndi yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanları Saxalin vilayətinin Uqleqorsk bölgəsində yaşayanlar da hiss ediblər.

Bölgələrdə dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Səlahiyyətlilər hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Bundan əvvəl Cənubi Kuril adaları yaxınlığında 4,3 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

Həmin vaxt zəlzələnin episentri Sakit okeanda, Şikotan adasının Malokurilskoye kəndindən 141 kilometr şərqdə olub. Mənbə 45 kilometr dərinlikdə yerləşib. Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: