“Hizbullah hərəkatı faktiki olaraq məhv edildi” - ABŞ
ABŞ İranın İsrailə hücumuni “çarəsizlik” adlandırıb.
Ajans.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenzi CBS kanalına müsahibəsində deyib. O bildirib ki, İran özünü küncdə tapmış bir ölkədir: “İsrailə qarşı zərbə o qədər də uğurlu alınmadı və onun Yaxın Şərqdəki əsas müttəfiqi, Livanın şiə Hizbullah hərəkatı faktiki olaraq məhv edildi. Tehranın özünün hücum imkanları ciddi şəkildə məhdudlaşdırılıb”.
Makkenzinin sözlərinə görə, İsrailin İrana cavab vermək üçün çoxlu variantları var. O etiraf edib ki, Tel-Əviv nüvə obyektlərinə və ya neft infrastrukturuna zərbə endirə bilər.