5,7 bal gücündə zəlzələ oldu

5,7 bal gücündə
zəlzələ
Dünya 30-11-2024 - 14:16

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə güclü zəlzələ qeydə alınıb. Onun mənbəyi 40 km dərinlikdə yerləşib.

Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Zəlzələnin episentri Hirara şəhərindən 93 km şimal-şərqdə yerləşib. Burada 34,3 minə yaxın insan yaşayır.

Bununla bağlı tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi seysmoloqlar tərəfindən təsdiqlənmir.

PAYLAŞ: