"Qiyamət günü" xəbərçisi yenə sahilə çıxdı - NƏ BAŞ VERİR?
Kaliforniyada son 3 ayda ikinci dəfə okean "Qiyamət Günü balığı" adlandırılan kəmər-balığını sahilə atıb.
Ajans.az xəbər verir ki, balıq dənizin çox dərin qatlarında yaşayır və yuxarıya qalxmır. Adətən belə hallardan sonra hansısa qorxulu təbiət hadisəsi - ağır zəlzələ və ya sunami baş verir.
Məsələn, 2011-ci ildə Yaponiyada okean 20 ədəd belə balığı sahilə atandan sonra tarixin ən güclü zəlzələlərindən biri baş vermişdi.