Qırmızı dənizdə türk gəmisi VURULUB

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin "Anadolu S" yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.
Ajans.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Hərəkatın sözçüsü husilərə məxsus "Əl Məsirə" telekanalında bəyan edib ki, "Yəmən donanması əməliyyat keçirərək, Qırmızı dənizdə olan "Anadolu S"ə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib".
Qeyd edək ki, İstanbulda yerləşən "Oras Shipping" şirkətinə məxsus "Anadolu S" Panama bayrağı altında üzür.
Mövzular:
Oxşar xəbərlər
Cənubi Koreyanın sabiq nazirindən ŞOK ADDIM: Həbsxanada özünü öldürmək istədi
Gündəm07:52 / 11-12-24