Qəzzada 4 fələstinli öldürüldü

Qəzzada 4 fələstinli
Gündəm 09-02-2025 - 19:41

Qəzza şəhərinin şərqində İsrail Ordusunun bölmələrinin yerləşdiyi ərazi yaxınlığında fələstinlilərə atəş açılıb.

Ajans.az xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Nəticədə 3 nəfər ölüb.

Digər olay Xan Yunis şəhərinin şərqində, Əl-Karar qəsəbəsində baş verib. Nəticədə bir fələstinli qadın ölüb.

Qeyd edək ki, bundan öncə İsrail Ordusu fələstinliləri israilli hərbçilərin olduğu sərhəd və bufer bölgələrə yaxınlaşmamağa çağırıb.

PAYLAŞ: