Qəzaya düşən ANAMA əməkdaşı dünyasını dəyişib

Qəzaya düşən ANAMA əməkdaşı
Gündəm 16-12-2024 - 01:20

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol qəzasına düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

Ajans.az Unikal.az-a istinadən xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmçinin Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüdlü Bəylərzadə Ramizdə müxtəlif bədən xəsarətləri almışdı.

PAYLAŞ: