Qazaxıstanda DƏHŞƏT- MƏDƏN ÇÖKDÜ

Qazaxıstanın Ulytau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.
Ajans.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 17-də Ulytau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.
Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.