Qazaxıstan təyyarəsi quş sürüsü ilə toqquşdu

Gündəm
28-01-2025 - 18:20
"FlyArystan" aviaşirkətinə məxsus təyyarə quş sürüsü ilə toqquşub.
Ajans.az xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.
“FlyArystan" aviaşirkətinə məxsus təyyarə Ural-Astana marşrutu üzrə uçarkən Ural hava limanında quş sürüsü ilə toqquşub. Təyyarənin işində problem olmadığına görə ekipaj uçuşu davam etdirib və adi qaydada Astana hava limanına enib”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Hava limanının mütəxəssisləri bildiriblər ki, təyyarəyə baxış zamanı mühərrikin daxilində çoxlu zədələr aşkar edilib.
Mövzular:
Oxşar xəbərlər
Artıq qadağandır: Dekabrın 9-dan etibarən 70 yaşa qədər olan pensiyaçılar...
Gündəm12:13 / 04-12-24