Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirildi

Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları
Uefa
İdman 24-03-2025 - 09:04

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir.

Ajans.az xəbər verir ki, günün ilk matçında Gürcüstan millisi Ermənistanı qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri ilk 35 dəqiqədə rəqib qapısına 5 top vurublar. Oyun gürcülərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

    A Liqasına yüksəlmək uğrunda mübarizədə isə Türkiyə səfərdə Macarıstanla qarşılaşıb. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb.

    Almaniya 1/4 finalın cavab qarşılaşmasında öz meydanında İtaliya ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməsə də, 3:3 hesablı heç-heçə ilə almanlar adlarını yarımfinal mərhələsinə yazdırıblar.

    UEFA Millətlər Liqası
    1/4 final mərhələsi, cavab oyunu

    23 mart

    23:45 Fransa – Xorvatiya 2:0, Pen. (5:4)
    İlk oyun 0:2

    23:45 Almaniya – İtaliya 3:3
    İlk oyun 2:1

    23:45 Portuqaliya – Danimarka 5:2
    İlk oyun 0:1

    23:45 İspaniya – Niderland 3:3, Pen.(5:4)
    İlk oyun 2:2

    A Liqasına vəsiqə uğrunda pley-off
    21:00. Macarıstan - Türkiyə 0:3
    İlk oyun 1:3
    21:00. Serbiya – Avstriya 2:0
    İlk oyun 1:1
    21:00. Şotlandiya – Yunanıstan 0:3
    İlk oyun 1:0
    23:45. Belçika – Ukrayna 3:0
    İlk oyun 1:3

    B Liqasına vəsiqə uğrunda pley-off
    18:00. Gürcüstan – Ermənistan 6:1
    İlk oyun 3:0
    21:00. İslandiya – Kosovo 1:3
    İlk oyun 1:2
    21:00. Sloveniya – Slovakiya 1:0
    İlk oyun 0:0
    23:45. İrlandiya – Bolqarıstan 2:1
    İlk oyun 2:1

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

    PAYLAŞ: