Polisdən ƏMƏLİYYAT: 43 nəfər SAXLANILDI

Polisdən ƏMƏLİYYAT: 43 nəfər
Polis
Hadisə 24-03-2025 - 10:28
 777

Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən Ajans.az-a bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: