Kanada növbədənkənar seçkilərə gedir

Kanada növbədənkənar seçkilərə
Kanada
Dünya 23-03-2025 - 23:12

Aprelin 28-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.

"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - Karni deyib.

Baş nazir qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə qəbul edib.

PAYLAŞ: