“Qalatasaray” qələbə qazandı

“Qalatasaray”
Gündəm 17-02-2025 - 23:35

Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir.

Ajans.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Rizespor"un qonağı olub. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə başlayıb. Hesab ikinci yarıda açılıb.

Viktor Osimhen komandasını önə çıxarıb. Çox keçmədən Ali Sou bərabərlik topunu vurub. Buna baxmayaraq, Osimhen dublunu rəsmiləşdirərək "Qalatasaray"a vacib qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, İstanbul təmsilçisi 63 xalla turnir cədvəlinə liderlik edir. Komanda ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayır.

PAYLAŞ: