“Qalatasaray” Avropa Liqası ilə vidalaşdı

Gündəm
20-02-2025 - 23:56
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Ajans.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Alkmaar”ı qəbul edib.
"Sarı-qırmızılılar" 1:4 hesablı görüşün revanşında rəqibi ilə bacarmayıb.
Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib.
Bununla da, "Qalatasaray" Avropa Liqası ilə vidalaşıb.