Qadın daim yeməyini oğurlayan həmkarından bu cür intiqam aldı

Qadın daim yeməyini oğurlayan həmkarından bu cür
Yemək
Maraqlı 01-11-2024 - 20:30

Həmkarı tərəfindən daim yeməyi oğurlanan qadın ondan intiqam almaq üçün dahiyanə üsul tapıb.

Ajans.az xəbər verir ki, qadın bu barədə “Reddit” forumunda danışıb.

Andrealolli ləqəbli postun müəllifi yazıb ki, o, pula qənaət etmək üçün işə həmişə özü ilə nahar aparır. Bununla belə, həftədə bir və ya iki dəfə onun yeməyi həmişə soyuducudan müəmmalı şəkildə yoxa çıxır.

Sonda Andrealolli onun sendviçlərini kimin oğurladığını öyrənə bilib və o, onunla danışıb. Həmkarı gülüb və yeməyin heç kəsə aid olmadığını zənn etdiyini deyib. Sonra qız oğruya sürpriz etmək qərarına gəlib. “Ertəsi gün acı bibər sousu və qalın vasabi ilə gözəl sendviç hazırladım. Mən onu həmişəki kimi qablaşdırdım və qabın üzərinə adımı yazdım”, - deyə, Andrealolli yazıb.

Nahar zamanı həmkarı qadının yeməyindən bir dişlək yeyib və şiddətli şəkildə öskürməyə başlayıb. O vaxtdan bəri həmkarı heç vaxt onun yeməyinə toxunmayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: