Müdafiə Nazirliyi məlumat yaydı - "Məhv ediləcək"

Müdafiə Nazirliyi məlumat yaydı -
Gündəm 13-10-2024 - 16:20
 159

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.

PAYLAŞ: