Polis 7 avtomat, qumbara və tüfəngləri aşkar edərək götürüb

Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Türkiyənin enerji naziri: "Rusiyadan qaz idxalına təsir edəcək istənilən qərarın əleyhinəyik"
Hadisə03:44 / 30-11-24