Polad Həşimov küçəsində sakinlər iki həftədir istiliksiz qalıb
Gündəm
29-11-2024 - 04:25
Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.
Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, istilik verilməsi prosesi noyabrın 15-də başlasa da bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.
Məsələ ilə bağlı Azəristilik Təchizat ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.
Sakinlər ümid edir ki, işlər qısa vaxt ərzində yekunlaşacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mövzular:
Oxşar xəbərlər
Saytlara girişlə bağlı yaranmış nasazlığın səbəbi MƏLUM OLDU - Növbəti AÇIQLAMA
Gündəm22:30 / 18-11-25
Cloudflare: Saytlara girişlə bağlı yaranmış texniki nasazlıq ARADAN QALDIRILDI
Gündəm19:11 / 18-11-25