Paşinyan ABŞ-yə gedəcək
Fevralın əvvəlinə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri planlaşdırılır.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Paşinyan Vaşinqtonda 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində çıxış edəcək.