Paşinyan sabah Davos Forumuna gedəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün sabah İsveçrənin Davos şəhərinə gedəcək.
Ajans.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan “Azadlıq” radiosuna bildirib.
Mətbuat katibinin sözlərinə görə, Paşinyan Davosda panel müzakirələrində iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev dəDavosdadır.
İrəvan Ermənistanın Baş nazirinin görüşləri, o cümlədən mümkün Paşinyan-Əliyev danışıqları barədə məlumat verməyib. Onların ötən ilin sonlarındakı Kazanda baştutan son görüşü və danışıqları əvvəlcədən açıqlanmamışdı.
Davos Forumu yanvarın 24-də başa çatacaq.