Paşinyan Putinə zəng etdi
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Həmsöhbətlər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran fəaliyyətləri, eləcə də Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, liderlər sonuncu dəfə ötən ilin oktyabrında Kazanda BRICS+ sammiti çərçivəsində şəxsən görüşüblər. Dekabrda isə Paşinyan videobağlantı vasitəsilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.