Paşinyan ABŞ-də etirazla qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ-dəki həmyerliləri etiraz aksiyası keçirib.
Ajans.az xəbər verir ki, bu barədə erməni KİV-də xəbərlər dərc olunub.
Fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.
Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.