Partlayış Vüqar Həşimovun ailəsinin evində olub - TƏCİLİ

Novxanıdakı partlayışda xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri imiş.
Ajans.az apa-ya istinadən xəbər verir ki, partlayış zamanı evdə 2 nəfər olub.
Onların hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.