Paraşüt qəzasında ölən şəxs tanınmış diş həkimi imiş - FOTO
Xəbər verdiyimiz kimi, Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib. Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib. Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.
Ajans.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış diş həkimi olub.
Əslən Laçın rayonundan olan stomatoloqun 1 övladı var idi.
Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.