Tramp-Makron zirvəsinə damğasını vuran ANLAR

Fransa prezidenti Emmanuel Makronun dünən Ağ Evə səfəri bu gün Qərb mediasının gündəminin ən mühüm mövzusu olub.
Ajans.az xəbər verir ki, iki lider arasındakı ünsiyyət və Makronun Trampın sözlərini düzəltdiyi anlar kritik sammitdə iz buraxıb.
İki lider Ağ Evdə keçirdikləri mətbuat konfransında Ukraynada davam edən müharibə ilə bağlı təəccüblü mesajlar veriblər. Ukraynada sülhün bərqərar olması üçün tez, lakin kövrək olmayan bir razılaşma istədiklərini deyən Makron əlavə edib:
“Sülh Ukraynanın təslim olması demək deyil və atəşkəs (təhlükəsizlik) zəmanəti olmadan əldə edilə bilməz”. Tramp isə müharibə deyil, sülh gətirmək istədiyini vurğulayaraq, “Bu səbəbdən kritik minerallar, nadir elementlər və digər müxtəlif mövzularda Ukrayna ilə müqavilə bağlamalıyıq”, - deyə, bildirib.
“Washington Post”un yazdığına görə, Ukrayna müharibəsinin ildönümündə Ağ Evə gedən Makron Vaşinqton və Moskva arasında tarixi restrukturizasiya fonunda transatlantik əlaqələri xilas etməyə çalışıb.
Makron və Tramp arasındakı münasibəti “mürəkkəb” adlandıran qəzet, iki liderin ilk görüşünü xatırlayaraq, onların münasibətlərinin “alfa əl sıxışmaları”, qarşılıqlı hörmət təzahürləri, həm də Trampın şiddətli qəzəbi ilə əlamətdar olduğunu yazıb.
Britaniya mediası da Tramp və Makron arasındakı qəribə “əl sıxma diplomatiyası”na diqqət çəkib. "İki prezident bir dəfə tam 29 saniyə davam edən son dərəcə möhkəm əl sıxmaları ilə məşhurdurlar. Bu son səfər də fərqli olmayıb, salamlaşma qeyri-adi intensivliyi və uzunluğuna görə sosial media sensasiyasına çevrilib”, - Teleqraf yazır.
“New York Times” qəzetinin yazdığına görə, iki prezident dostluq nümayişində kameralar qarşısında qucaqlaşıb əl sıxıblar, lakin onlar Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa arasında artan fikir ayrılığını gizlədə bilməyiblər. Ukraynanın işğalının ildönümündə görüşən iki lider, Ağ Evdəki səmimi görüşdə təriflər mübadiləsi apararkən, açıq-aşkar qırılmadan qaçmaqda qərarlı idilər, lakin onlar müharibənin səbəbləri, hər bir tərəfin münaqişədəki rolu və onun mümkün həlli ilə bağlı ciddi fikir ayrılıqları yaşayıblar.
ABŞ prezidenti Tramp Avropanın Kiyev hökumətinə borc pul verdiyini deyərək, “Avropa Ukraynaya borc pul verir, sonra da onu geri alırlar” sözlərini işlədib. Görüşün əvvəlindən tərcüməçi vasitəsilə fransızca danışan Makron dərhal ingiliscə danışmağa başlayıb. Trampın qolundan tutaraq özünü düzəldən Fransa lideri Ukraynaya göndərilən yardımın ABŞ-də olduğu kimi qrant, kredit və kredit zəmanətlərinin qarışığı olduğunu bildirib.
BBC-nin məlumatına görə, Fransa liderinin Ağ Evə səfərini uğurlu saymaq olar:
“Avropa ilə ABŞ arasındakı münasibətlər mübahisəsiz şəkildə böhran içindədir, buna görə də Fransa prezidenti Emmanuel Makron Oval Ofisdə sualları cavablandırarkən və birgə mətbuat konfransı keçirərkən ABŞ prezidenti haqqında yüksək fikirlər söyləyib”.
Macron just grabbed Trump’s arm and fact-checked him to his face in real time.
More of this please. pic.twitter.com/IIUhaHXmkY — No Lie with Brian Tyler Cohen (@NoLieWithBTC) February 24, 2025